BolgeXeber.Com » Xəbərlər » İndiyədək 2 889 şəhidin meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunub

İndiyədək 2 889 şəhidin meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunub

20-04-2021, 19:53
Oxunub: 1 032 Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanaraq dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, indiyədək ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub.
Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.