BolgeXeber.Com » Xəbərlər » Baloğlan Əşrəfov Masallıda dəfn edildi

Baloğlan Əşrəfov Masallıda dəfn edildi

27-04-2021, 10:47
Oxunub: 872 Dünən koronavirusdan dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfov bu gün səhər saatlarında dəfn edilib.
Bu haqda müğənni Yusif Mustafayev Musavat.com-a açıqlamasında deyib. O bildirib ki, Baloğlan Əşrəfov Masallı rayonun Bədəlan kəndində dəfn olunub: "Baloğlan Əşrəfov kənd camaatının iştirakı ilə dəfn edildi. Bütün karantin qaydalarına riayət olundu. Mərasim polislərin müşayiəti ilə aparıldı".
Qeyd edək ki, mərhum sənətçi "Fəlidən doğru xəbər" verilişinin çəkilişində koronavirusa yoluxduğunu bildirmişdi. O ev şəraitində müalicə alırdı.