BolgeXeber.Com » Xəbərlər » "EuroHome"un direktoru HƏBS EDİLDİ

"EuroHome"un direktoru HƏBS EDİLDİ

27-04-2021, 14:29
Oxunub: 1 024 "EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 
Bolgexeber.com Unikal.org-a istinadən bildirir ki, o, yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozduğuna görə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs edilib.
Xatırladaq ki, sonuncu dəfə 12 may 2020-ci il tarixində Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome" tikinti materialları bazarı ərazisində yanğın hadisəsi baş  vermişdi.
Qeyd edək ki, "EuroHome"un sahibi  Azay Möhnətovdur.