BolgeXeber.Com » Xəbərlər » Məzahir Pənahov yenidən MSK sədri seçildi

Məzahir Pənahov yenidən MSK sədri seçildi

27-04-2021, 17:00
Oxunub: 1 016 Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

İclasda təşkilati məsələlərə baxılıb. Məzahir Pənahov səsvermə ilə MSK sədri seçilib.
 
Bundan başqa, Rövzət Qasımov yenidən MSK sədrinin müavini seçilib.
 
MSK-nın katibləri məlum olub. Bu gün yeni tərkibdə keçirilən ilk iclasında Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi seçiliblər.

Qeyd edək ki, bundan öncə də Mikayıl Rəhimov və Arifə Muxtarova qurumun katibi olublar.