BolgeXeber.Com » Xəbərlər » Kimliyi müəyyənləşdirilən iki şəhidlə bağlı - Rəsmi açıqlama

Kimliyi müəyyənləşdirilən iki şəhidlə bağlı - Rəsmi açıqlama

27-04-2021, 19:42
Oxunub: 1 784 Hərbi Prokurorluq Vətən Müharibəsində itkin düşən daha iki hərbçinin meyitinin şəxsiyyəti müəyyənləşdirildiyini açıqlayıb.

Qurumdan verilən məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.


İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.