BolgeXeber.Com » Xəbərlər » Bakıdakı marketdə məhsulları yararsız hala salan qız və oğlan saxlanıldı - VİDEO

Bakıdakı marketdə məhsulları yararsız hala salan qız və oğlan saxlanıldı - VİDEO

5-05-2021, 10:58
Oxunub: 1 112 Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salanlar saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.
R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.