BolgeXeber.Com » Xəbərlər » Bərdədə şəhid Şükürov Sərvan Sərxan oğlunun ailəsi ilə görüş keçirilib

Bərdədə şəhid Şükürov Sərvan Sərxan oğlunun ailəsi ilə görüş keçirilib

6-05-2021, 17:06
Oxunub: 2 248 Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid Şükürov Sərvan Sərxan oğlunun ailəsi ilə görüş keçirilib
Şəhid ailələri və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə dövlətimiz tərəfindən bir çox layihələr həyata keçirilir. Aparılan bu kimi işlər Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən də uğurla davam etdirilir. Belə ki, regional idarənin əhatə etdiyi şəhər və rayonlarda Vətən Müharibəsində şəhid və qazi olmuş vətəndaşlarımızın ailələri ilə görüşlər keçirilir, onların problemi ilə yaxından maraqlanılır.
Müvafiq istiqamətdə aparılan görüşlərdən biri də İkinci Qarabağ müharibəsinin şəhidi Şükürov Sərvan Sərxan oğlunun ailəsi ilə keçirilib. Regional idarə tərəfindən təşkil olunan görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımıza dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı barədə məlumat verilib, onların qaşılaşdığı çətinliklərə həssaslıqla yanaşıldığı bildirilib. İdarənin rəisi İlyas Hacıyev tərəfindən şəhid ailəsini narahat edən məsələlər dinlənilmiş, qaldırılan problemlərin bəziləri yerindəcə həll olunmuş, müraciətlərin bir qismi isə nəzarətə götürülmüşdür. Görüşdə, həmçinin, şəhidin nişanlısının işlə təmin olunması ilə bağlı müraciətə baxılmış və ailənin mövcud durumu və çətinlikləri nəzərə alınaraq onun mədəniyyət sahəsində müvafiq işlə təmin olunması qərara alınmışdır. Eyni zamanda şəhidin nişanlısına ixtisasına uyğun olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərində işə qəbul olunması istiqamətində müvafiq məlumatlar verilmiş, müsahibə prosesinə hazırlıq üçün repititor müəllimlə və lazımi dəsr vəsaitilə təmin olunmuşdur.
Qeyd edək ki, bu kimi görüşlər regional idarənin rəhbərliyi tərəfindən idarənin əhatə etdiyi şəhər və rayonlarda mütəmadi olaraq keçirilməkdədir.