BolgeXeber.Com » Xəbərlər » Şəkidə 1 ton 500 kq narkotik vasitə məhv edilib

Şəkidə 1 ton 500 kq narkotik vasitə məhv edilib

18-05-2021, 15:06
Oxunub: 1 240 Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ümumi çəkisi 1 ton 500 kiloqram olan 17 880 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.