BolgeXeber.Com » Xəbərlər » Bakının mərkəzi küçələri "Formula 1"ə görə bir həftə bağlanacaq

Bakının mərkəzi küçələri "Formula 1"ə görə bir həftə bağlanacaq

21-05-2021, 13:51
Oxunub: 1 480 "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib.
O bildirib ki, hələlik yollar tam bağlanmayıb: "Hər il olduğu kimi yolların bir həftə bağlı olacağı gözlənilir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.