BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov "MERO"ya yeni rəis təyin etdi

Vilayət Eyvazov "MERO"ya yeni rəis təyin etdi

21-05-2021, 17:51
Oxunub: 1 288 Daxili İşlər orqanlarında yeni təyinat olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Eldar Əliyev Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinə ("MERO") rəis təyin edilib.

Yeni rəis bir müddət öncə yaş həddi ilə bağlı təqaüdə göndərilən polis polkovniki Mayis Əhmədovu əvəz edirdi.