BolgeXeber.Com » Xəbərlər » Bələdiyyə sədri barəsində cinayət işi başlanılıb - SAATLIDA

Bələdiyyə sədri barəsində cinayət işi başlanılıb - SAATLIDA

22-05-2021, 09:35
Oxunub: 1 096 Saatlıda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

APA xəbər verir ki, Saatlı rayonu Qıraqlı kənd bələdiyyəsinin sədri Qafarov Muxtar Rövşən oğlu külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Onunla birgə cinayət işi üzrə Mirnicat Həşimov da təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxslər barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatında araşdırlacaq.