BolgeXeber.Com » Xəbərlər » Şirkətin vəzifəli şəxsi 6 ayda 90 min pul mənimsəyib - Prokurorluqdan açıqlama

Şirkətin vəzifəli şəxsi 6 ayda 90 min pul mənimsəyib - Prokurorluqdan açıqlama

22-05-2021, 12:12
Oxunub: 1 040 "Delta Qrup C.O.” MMC-nin Satış departamentinin regionlar üzrə satış şöbəsinin Şirvan bölgəsinin satış təmsilçisi Mikayıl Dadaşovun və digər aidiyyəti şəxslərin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub. 

Şirvan şəhər prokurorluğundan Bolgexeber.com-a daxil olan xəbərə görə, bununla əlaqədar aparılmış araşdırma zamanı Mikayıl Dadaşovun 2020-ci il noyabrın 17-dən 2021-ci il aprelin 09-dək olan dövr ərzində 84 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatlarında 90 min 500 manat məbləğində çatışmazlıq aşkar edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcək.