BolgeXeber.Com » Xəbərlər » Toylar və həftəsonu ictimai nəqliyyatla bağlı qərar dəyişmədi

Toylar və həftəsonu ictimai nəqliyyatla bağlı qərar dəyişmədi

25-05-2021, 15:07
Oxunub: 1 112 Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi ilə əlaqədar hər hansı qərar açıqlanmayıb.
Həmçinin ölkə ərazisində yas mərasimlərinin keçirilməsi ilə bağlı qoyulan məhdudiyyətlərlə bağlı da rəsmi münasibət bildirilməyib.
Bununla yanaşı, toylarla əlaqədar qoyulan qadağalar götürülməyib.
Qeyd edək ki, Bakı metrosu da həftə sonları fəaliyyət göstərməyəcək.
Brifinqdə həmçinin gələcəkdə COVID pasportu olan şəxslərə toy məclislərinin keçirilməsinə icazə veriləcəyi bildirilib.