BolgeXeber.Com » Xəbərlər » İstanbulda körpülər bayrağımızın rəngləri ilə işıqlandırıldı-FOTO

İstanbulda körpülər bayrağımızın rəngləri ilə işıqlandırıldı-FOTO

28-05-2021, 09:43
Oxunub: 968 28 May – Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.
Tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub.
Mayın 27-si və 28-i keçiriləcək tədbir zamanı dünyanın ən böyük meqapolislərindən olan İstanbulun “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpülərində Azərbaycan bayrağının rəngləri həkk olunacaq.