BolgeXeber.Com » Xəbərlər » Metroda bu qaydaya riayət etməyənlər cərimələnəcək - RƏSMİ

Metroda bu qaydaya riayət etməyənlər cərimələnəcək - RƏSMİ

28-05-2021, 18:00
Oxunub: 1 128 "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.