BolgeXeber.Com » Xəbərlər » "Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar etdi

"Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar etdi

28-05-2021, 17:00
Oxunub: 1 304 Saatlı rayonunda intihar hadisəsi baş verib.

Bolgexeber.com "report”a istinadən xəbər verir ki, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.