Azərbaycanlını qətlə yetirən rusiyalı polisin ittiham olunduğu maddə dəyişdirildi
24-05-2021, 17:24
Oxunub: 832
Rusiyanın Novosibirsk şəhərində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyn 38 yaşlı baş leytenant Aleksandr Qusevin ittiham maddəsi dəyişdirilib.
Bu barədə "RİA Novosti” xəbər yayıb.
Ona qarşı yeni, "ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi açılıb. Bundan əvvəl o, "vəzifə səlahiyyətlərindən sui-istifadə” və "səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə ittiham olunurdu.
Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü R.Qurbanov polisin xidməti avtomobilinə tərəf aparılıb.
Bu vaxt sərnişin V.Abdullayev dostuna kömək etmək üçün müdaxilə etməyə çalışıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açıb.
Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya gətirilib və iki gün komada qaldıqdan sonra vəfat edib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər