BolgeXeber.Com » Xəbərlər » "Lider” televiziyası və radiosu bağlanıb - VİDEO

"Lider” televiziyası və radiosu bağlanıb - VİDEO

1-06-2021, 09:57
Oxunub: 1 168 “Lider” televiziyasının və radiosunun yayımı dayandırılıb.

Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq, "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Bununla əlaqədar "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.