BolgeXeber.Com » Xəbərlər » Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

1-06-2021, 15:03
Oxunub: 1 328 Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Dolu düşəcəyi ehtimalı var.