BolgeXeber.Com » Xəbərlər » Həlak olan jurnalistlərin hadisə yerindən ilk görüntülər – VİDEO

Həlak olan jurnalistlərin hadisə yerindən ilk görüntülər – VİDEO

4-06-2021, 14:58
Oxunub: 1 016

Xəbər verdiyimiz kimi, AzTV-nin və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşüblər, 2 nəfər həlak olub.

Azərbaycan Televiziyasının və “Azərtac”ın işğaldan azad olunmuş bölgələrimizdə çəkiliş aparan qrupunun içərisində olduğu avtobus bu gün minaya düşüb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedərkən baş verib.

Nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov həyatlarını itiriblər.

Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini isə yaralanıblar.

Hadisə yerindən ilk görüntüləri təqdim edirik: