BolgeXeber.Com » Xəbərlər » Bu gündən iyunun 7-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək

Bu gündən iyunun 7-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək

5-06-2021, 09:42
Oxunub: 1 872 Bu gündən iyunun 7-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Həftəsonu Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.