BolgeXeber.Com » Xəbərlər » Tərtərdə özünü yandıran KİMDİR? - RƏSMİ AÇIQLAMA

Tərtərdə özünü yandıran KİMDİR? - RƏSMİ AÇIQLAMA

7-06-2021, 14:03
Oxunub: 2 008 Tərtər rayonunun Bəyimsarov kənd sakini 1962-ci il təvəllüdlü Qasımov Nüsrət Zöhrab oğlu ailə münaqişəsi zəmnində, həyat yoldaşı Qasımova Şaxsənəm Əvəz qızının ondan boşanması üçün məhkəməyə müraciət etməsinə etiraz olaraq Tərtər Rayon İcra Hakimiyyətninin inzibati binasına yaxın yerdə üzərinə benizin tökərək özünü yandırmağa cəhd etmişdir. Bu barədə Bolgexeber.com-a Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumatda deyilir.

Daha sonra RİH bildirir: "Özünəqəsdin qarşısı polis əməkdaşları tərəfindən alınmışdır. Aldığı yanıq xəsarətlərindən Tərtər Rayon Mərkəzi xəstəxanasına yerləşdirilmişdir. Vəziyyəti stabildir.

Bəzi mətbu orqanlarda “Tərtərdə Qarabağ qazisi özünü yandırdı” başlığı ilə gedən yazılarla bağlı bildiririk ki, Nüsrət Qasımovun Qarabağ qazisi statusu yoxdu".