BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda şok olay! 8-ci sinif şagirdini 38 yaşlı kişiyə nişanladılar - FOTO

Azərbaycanda şok olay! 8-ci sinif şagirdini 38 yaşlı kişiyə nişanladılar - FOTO

8-06-2021, 12:16
Oxunub: 952 Azərbaycanda daha bir şok hadisə yaşanıb. 

Bolgexeber.com xəbər verir ki, bu haqda "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook” səhifəsində Lənkəran şəhərində 14 yaşlı qızın 38 yaşlı kişiyə nişanlandığını yazıb.

O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub və o özündən 24 yaş böyük oğlanla nişanlanıb:

"14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.

O əlavə edib ki, qız özündən 24 yaşlı böyük nişanlısı ilə Rusiyada yaşayacaq:

"Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.