BolgeXeber.Com » Xəbərlər » Ali məktəb imtahanlarının vaxtı ELAN OLUNDU

Ali məktəb imtahanlarının vaxtı ELAN OLUNDU

11-06-2021, 16:50
Oxunub: 1 208 Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.
S/sİmtahanın adıKeçirilmə tarixi
1.- Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;
- Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı.
1 iyul
2.Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:

III ixtisas qrupu14 iyul

II qrupu15 iyul

I ixtisas qrupu27 – 28 iyul

IV ixtisas qrupu28 iyul
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.