BolgeXeber.Com » Xəbərlər » Masallı polisi karantin rejiminə ciddi nəzarət edir

Masallı polisi karantin rejiminə ciddi nəzarət edir

12-06-2021, 09:14
Oxunub: 1 736 Bolgexeber.com  xəbər verir ki, ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət Masallı rayonunda da ciddi şəkildə həyata keçirilir. Ölkədə karantin rejimi yumşaldılsa da,  Masallı rayon Polis şöbəsinin  əməkdaşları gecə-gündüz rayon ərazisində xidmət aparmaqda davam edir.
Polis əməkdaşları rayon ərazisində, bankların , obyektlərin , market, restoran, iaşə müəssisələrinin , idarə və təşkilatların qarşısında vətəndaşların virusdan qorunması üçün ara məsafəsinin saxlamalarına , qapalı yerlərdə maska taxılmasına, karantin qaydalarına riayət edilməsinə nəzarət edirlər .
Tibbi maskası  olmayanlar idarə və təşkilatların, bankların daxilinə buraxılmırlar,  içəri daxil olan hər bir vətəndaşın əli spirtlə dezinfeksiya olunur, sakinlərə qaydalara riayət etmələri tövsiyyə olunur.

Polislər vətəndaşlarla maarifləndirici söhbətlər apararaq karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.
 Karantin rejimi qaydalarını pozan obyektlər barəsində inzibati protokollar tərtib edilir. “Masallı rayon Polis şöbəsinin  rəhbər heyətinin də iştirak etdiyi reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara polis əməkdaşları tərəfindən ciddi xəbərdarlıq olunur və xəbərdarlığa əməl etməyən vətəndaşlar barəsində protokol tərtib edilərək cərimə tətbiq olunur”.
 
Bunu Bolgexeber.com-a Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı Xəzər Şahbazov  bildirdi.
  
Xəzər Şahbazov  həmçinin qeyd etdi ki, pandemiyanın ölkə ərazisində yayılmasının ilk günlərindən başlayaraq rayon ərazisində keçirilən reydlər zamanı  polis əməkdaşları tərəfindən mövcud karantin qaydalarını pozanlar barəsində qanunamüvafiq tədbirlər görülür, qanun pozuntularının qarşısı alınır:”Rəhbərliyin tapşırıqlarına ciddi şəkildə yerinə yetirən polis əməkdaşları COVID-19 infeksiyasının yayımasına qarşı görülən tədbirləri bundan sonra da davam etdirəcək”.