BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov təyinatı, müdhiş yeniliklər və köklü islahatlar - Polisin uğrunu həzm edə bilməyənlərə BİR NEÇƏ KƏLMƏ

Vilayət Eyvazov təyinatı, müdhiş yeniliklər və köklü islahatlar - Polisin uğrunu həzm edə bilməyənlərə BİR NEÇƏ KƏLMƏ

18-06-2021, 10:30
Oxunub: 1 840 Hər kəsə mlumdur ki, DİN-də aparılan köklü islahatlar ölkənin polis sisteminə uğurlu yeniliklər gətirdi. Həmçinin Vilayət Eyvazovun nazir təyinatından sonra, məlum əmrlər, yeniliklər və köklü islahatlar Azərbaycan polisinə sözün əsl mənasında nəfəs verdi. 
DİN-də aparılan islahatlar, təyin edilən gənc kadrlar ölkədə  baş verən cinayət hallarını minumuma endirdi. Asayişin qorunması, polis vətəndaş münasibətləri ən yüksək səviyyəyə qalxdı.
Amma, görünür bəzi yad ünsürlər polisin şərəfli peşəsinə kölgə salmağa, həttda şataj etməyə çalışır.  Bu azmış kimi xidmətdə olan polislərə rüşvət və digər qara damğalar vurmaqdan belə çəkinmirlər.
Ərz edim ki, "Bəzi şəxlər sosial şəbəkələrdə və internet saytlarda guya “yol polisi yollarda gizli radarlar quraşdırır, maksimum sürət həddini göstərən yol nişanlarını tez-tez dəyişir və ya qayda pozmasalar belə sürücüləri cərimələyir” kimi fikirlər səsləndirib .Reklam olar deyə adını çəkmək istəmədiyimiz  sosial media yayımı, görünür artıq siyasətdən yorularaq, sifarişlə polislə bağlı yazıları özünün şər kompaniyasının çənbərinə çevirmək üçün sevdalanıb.
Elə götürək polislə bağlı  yayılan yalan və şər dolu tirajlanan yazını. Demək olar ki yazı tam şantaj xarakterli  materialdır.  Məlum yazı təkcə şimal regionda xidmətdə olan polis əməkdaşlarına yox, ölkədə ləyaqətlə xidmət edən bütün polis sıralarına hesablandığı aydın sizilir.

Bundan başqa trajlanan qarayaxma yazıya Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) rəsmi açıqlamada verilib.
Bildirilib ki, "Bəzi şəxlər sosial şəbəkələrdə və internet saytlarda guya “yol polisi yollarda gizli radarlar quraşdırır, maksimum sürət həddini göstərən yol nişanlarını tez-tez dəyişir və ya qayda pozmasalar belə sürücüləri cərimələyir” kimi fikirlər səsləndirirlər. Bildiririk ki, bu deyilənlərin heç bir əsası yoxdur, çünki radarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdir, BDYPİ-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunub və inzibati xəta törədilməsinə dair məlumatlar real vaxt rejimində elektron formada birbaşa həmin sistemə ötürülür.

Bununla yanaşı, "Yol hərəkəti haqqında" Azərbaycan Rеspublikası Qanununun tələblərinə əsasən, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.

Qeyd olunan məsafələrdə bu iki nişandan biri olduğu halda, sürücülər tərəfindən yollarda sürət həddinin aşılması kimi qayda pozuntularının aşkarlanmasında foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən (mobil və ya stasionar radarlardan) istifadə olunması həm qanunvericiliyin tələblərinə uyğundur, həm də belə inzibati xətaların qarşısının alınması üçün bu gün başqa hər hansı üsul yoxdur.
Radarların, həmçinin yollarda maksimum sürət həddini göstərən nişanların quraşdırılması bütün dünyada olduğu kimi, Azərbaycanda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, ağır qəzaların qarşısının alınmasına hesablanıb və ora heç bir müdaxilə oluna bilməz...." 

O ki qaldı yazı müəllifinə, oda sürücü olaraq sürət həddin pozub, cərimə olunduğu üçün əməlinə bəraət qazandırmaq üçün polisi hədəfə götürdüyü açıq şəkildə görünür. 
Bilidirək ki, ölkəmizdə DİN əməkdaşlarının (DYP) yollarda  yoxlamaları, el təbiri ilə desək   REYDlər aparır. Həmdə bu reydlər çətin günlərdə insanlara xeyr gətirir. Ən azından ona görə ki, avto qəzaların olmaması və sürücülərin yolllarda təhlükəsizliyinin təminatı baxımından, sürücülük vəsiqəsi və profisanal sürücülük katakoriyası olmadan yük maşınlarını idarə edib ağır qəzalara səbəb olan naşı sürücülər qəza törədilməməsi habelə sürət həddin pozanların qarşısını almaq üçün polislərimizə böyük ehtiyacımız var.
Bu ölkə tək regionda xidmət edən polisindən ibarət deyil ki, hər qədəmbaşı şərə böhtana tuş gələ. Bu ölkə bütöv məmləkətimiz daxil  dəyərli, ləyaqətli, xitmətini şərəflə yerinə yetirən Azərbaycan Respublikasının Daxili İşlər nazirliyi əməkdaşlarının sayıqlığı, vətənpərvərliyi nəticəsində ayaq üstə dura bilir. Tam səmimi deyə bilərəm  ki, Azərbaycan polisi bu ölkəni biz vətəndaşlardan çox sevdiyinə görə qoruyur. Çünki, ölkəyə olan bağlılıq, polis şərəfilə Prezidentə sadiq olan , əlinə silah alıb Qarabağmızda düşmənlə savaşan, xidmətdə gecəsini - gündüzünə qatan, vəzifəsi uğrunda canını heçə sayan rəhbər Vilayət Eyvazov ədəbi və yolu var Azərbaycan Polisində. Onunçün də Azərbaycan polisinin şücaətli varlığı, xidməti bir jurnalistin və ya sosial şəbəkə üzvünün dəyərsiz gündəliyi ilə qiymətləndirilimir CƏNABLAR  ÖZÜNÜZƏ GƏLİN...!!!

Vasif