BolgeXeber.Com » Xəbərlər » Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb

Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb

29-06-2021, 10:34
Oxunub: 1 080 Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.