BolgeXeber.Com » Xəbərlər » Mübariz Mənsimov ev dustaqlığından da azad olundu

Mübariz Mənsimov ev dustaqlığından da azad olundu

29-06-2021, 17:57
Oxunub: 1 384 “Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib”.
Bolgexeber.com xəbər verir ki, bu barədə modern.az-a “Palmali Holdinq”in mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.
Xatırladaq ki, M. Mənsimov 2020-ci ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.
2021-ci ilin fevralında İstanbul Cümhuriyyət Prokurorluğu M.Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət vermişdi.
Bu il martın 5-də İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun vəsatəti təmin olunmuş, o, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.