Elektron qolbaq daşıyan şəxs narkotiklə tutuldu
30-06-2021, 12:12
Oxunub: 1 560
Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiyasına qarşı əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələri əkib-becərməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də məhkum olunmuş Əliağa Rəhimov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 130 qram olan 14 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirdiyini bildirib.
Qeyd edək ki, Ə.Rəhimov azaldığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsdir. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq həmin şəxs analoji cinayət əməli törətdiyi üçün polis əməkdaşları tərəfindən yenidən saxlanılıb.
Faktla bağlı Ağdaş RPŞ-də cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər