50 manata görə adam öldürən 21 yaşlı İmran 17 il həbs cəzası aldı
1-07-2021, 11:00
Oxunub: 1 480
Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs və dostu hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İmran Cərullayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Məhkəmənin hökmü ilə 21 yaşlı İmran 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu cinayət işində xuliqanlıq əməli törətməkdə ittiham olunan 1997-ci il təvəllüdlü Elşad Əliyev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Elan olunmuş ittihamla İ.Cərullayev özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.
Məlum olub ki, hadisə Suraxanı rayonu ərazisində baş verib. Orxan İsayevin üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin tanışı İmran Cərullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İmran Cərullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İlkin məlumata görə, cinayəti törədən İmran Cərullayevin Orxan Musayevə 50 manat borcu olub. Mübahisə də bu səbəbdən başlayıb və qətllə nəticələnib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər