BolgeXeber.Com » Xəbərlər » Əlillik təyinatı ilə bağlı yeni qayda qəbul edildi

Əlillik təyinatı ilə bağlı yeni qayda qəbul edildi

2-07-2021, 13:21
Oxunub: 792 Milli Məclisin iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik, əlillik müddətinin bitməsindən sonrakı 6 ay aralıq müddəti ilə əlaqədardır.

Belə ki, əlillik müddəti bitdikdən 6 ay ərzində əlillik təkrar qiymətləndirilir.

Nəticədə şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Layihə səsə qoyularaq qəbul edilib.