BolgeXeber.Com » Xəbərlər » Bərdə rayonunda şəhid ailələrinə daim qayğı göstərilir

Bərdə rayonunda şəhid ailələrinə daim qayğı göstərilir

2-07-2021, 16:27
Oxunub: 1 832 Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla partiya fəalları Nurayə Məmmədova, Elmir Məmmədov, Faiq Rüstəmov, şəhər 7 saylı tam orta məktəbin direktoru Mehparə Mustafayeva həmin məktəbin müəllim və şagird kollektivi ilə birlikdə rayonun Mollaisalar kəndindən şəhid – çavuş Hüseynov Emin Zakir oğlunun ailəsinə baş çəkmişlər.
Qeyd edək ki, çavuş Emin Hüseynov sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edliməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Hüseynov Emin Zakir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Fəqət Şadlinskaya bildirmişdir ki ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhidimizin atası Zakir Hüseynov, anası Fəridə Hüseynova – Eminin hərbidəki xidmətlərindən və ömür yolundan söz açmış, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər. Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstərmişlər.