BolgeXeber.Com » Xəbərlər » Bərdədə şəhidlərimizin və şəhid övladının doğum günləri qeyd olunmuşdur

Bərdədə şəhidlərimizin və şəhid övladının doğum günləri qeyd olunmuşdur

2-07-2021, 18:14
Oxunub: 1 176 2 iyul 2021-ci il tarixdə şəhidlərimizin və şəhid övladının doğum günləri qeyd olunmuşdur.
2 iyul 2021-ci il tarixdə Bərdə rayonunun Qazıqurdalı kəndindən şəhid Ələkbərli Samir Şamil oğlunun və Mirzəxan Qaraqoyunlu kəndindən şəhid Mustafayev Əkbər Natiq oğlunun ad günləri münasibəti ilə şəhidlərin ailələri ziyarət olunmuş, məzarları üzərinə tər gül dəstələri qoyularaq yad edilmişdir. Həmçinin rayonun Əyricə kəndindən şəhid Quliyev Mehman Telman oğlunun övladı Damlanın bir yaşı tamam olması münasibəti ilə şəhidin ailəsi ziyarət olunmuş övladına hədiyyələr təqdim edilmişdir. Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və böyük məsləhətçisi Ziya İsmayılzadə, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərov, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Bərdə filialının sədri Etibar Hüseynova, “Qarabağ Qaziləri” İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmov, şəhidlərin qulluq etdiyi N saylı hərbi hissənin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qanları ilə tarix yazan qəhrəmanlıqlarından söz açmışlar. Şəhidlərin ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər. Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.