Dostunu xilas etmək istədi, özü də boğuldu - Nabrandakı faciənin təfərrüatı
5-07-2021, 10:44
Oxunub: 1 000
Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən boğularaq ölən iki nəfərin axtarışları başa çatıb.
“Report”un Şimal bürosunu verdiyi məlumata görə, Talıbov Naib Nadir oğlu və Hüseynov Nemət Sarvan oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.
Hər iki şəxs Quba rayonunun Aşağı-Atuc kəndinin sakinləridir. Onların meyitləri ailələrinə təhvil verilib.
Ölənlərin yaxınlarının bildirdiyinə görə, Nemətin dənizdə çimərkən batdığını görən Naib ona tərəf üzüb. Bu zaman Naib də batmağa başlayıb. Onların hər ikisinə kömək etmək istəyən Nemətin qardaşı İzzət Hüseynov da suda boğulmağa başlayıb.
Hadisə yerinə gələn xilasedicilər yalnız İzzəti xilas edə biliblər. Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər