BolgeXeber.Com » Xəbərlər » Vətən Müharibəsi qazisi koronavirusdan vəfat etdi - FOTO

Vətən Müharibəsi qazisi koronavirusdan vəfat etdi - FOTO

6-07-2021, 13:00
Oxunub: 736 Vətən müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.

Bolgexeber.com xəbər verir ki, bu barədə Lent.az-a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-19-a yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib .

Qeyd edək ki, E.Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.