BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

10-07-2021, 17:43
Oxunub: 1 776 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 136 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 337 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1389 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10463, ötən müddət ərzində isə ümumilikdə 3 842 136 test aparılıb.