BolgeXeber.Com » Xəbərlər » Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

12-07-2021, 14:55
Oxunub: 960 İyulun 13-ü günün ikinci yarısından 15-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.