BolgeXeber.Com » Xəbərlər » Bərdə rayonunda şəhidin doğum günü qeyd olunub

Bərdə rayonunda şəhidin doğum günü qeyd olunub

12-07-2021, 16:15
Oxunub: 1 376 10 iyul 2021-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin tapşırığına əsasən Vətən müharibəsində şəhid olan Bərdə rayonu Xanağalı kəndindən olan şəhidimiz Nərimanov İdris Nazim oğlunun cənnətdəki ilk ad günü münasibəti ilə şəhidin ailəsi ziyarət olunmuş, qəbirüstü abidəsinə gül dəstələri qoyulmuşdur. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə, SHXÇDX-in Bərdə rayon şöbəsinin nümayəndəsi kapitan Samir Məmmədov, "Qarabağ Qaziləri" İctimai birliyinin sədri Sürəddin Səfərov, Bərdə rayon İcra Hakimiyyəti başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhim Kazımov, Bərdə taborunun sabiq komandiri Qarabağ əlili Gəray Əsədov və kənd ictimaiyyəti iştirak etdilər.
Tədbirdə iştirak edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və qələbə ilə nəticələnən vətən müharibəsində qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən söz açaraq şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən fikirlərini bildirdilər.
Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.