BolgeXeber.Com » Xəbərlər » Aşıq Namiq təcili polisə çağırıldı, qadın da... - AÇIQLAMA

Aşıq Namiq təcili polisə çağırıldı, qadın da... - AÇIQLAMA

17-07-2021, 13:50
Oxunub: 1 072 Aşıq Namiqin seksual hərəkətlər etdiyi iddia olunan qadının şikayətinə baxılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. O bildirib ki, hazırda araşdırmalar davam edir:

“İyulun 15-də, 1990-cı il təvəllüdlü bir xanım, Mirəli Qaşqay küçəsində “Köklə sazı” adlı ofisdə aşıq sənəti ilə məşğul olan Namiq Fərhad oğlu Hüseynovun ona qarşı seksual hərəkətlər etdiyini və döydüyünü DİN-in 102 xidmətinə zəng edərək bildirib. Həmin müraciət baxılması üçün ərazi üzrə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə göndərilib. N.Hüseynovun və şikayətçi qadın bölməyə dəvət olunaraq dindirilib. Hazırda araşdırmalar davam etdirilir”.