BolgeXeber.Com » Xəbərlər » Göygöldə hərbi maşın qəzaya düşdü: 15 hərbçi yaralandı

Göygöldə hərbi maşın qəzaya düşdü: 15 hərbçi yaralandı

17-07-2021, 17:19
Oxunub: 2 688 Göygöl rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə Aşıqlı kəndi ərazisində baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, DQ-ya məxsus “Ural” markalı avtomobil aşıb:
“Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan ambulator yardım göstərilib. Digər üç nəfər hospitala yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır. Hadisə zamanı ölən olmayıb”.
Faktla bağlı araşdırma aparılır.