BolgeXeber.Com » Xəbərlər » "Polisə əl qaldırmaq dövlətə əl qaldırmaqdır" - AÇIQLAMA

"Polisə əl qaldırmaq dövlətə əl qaldırmaqdır" - AÇIQLAMA

4-08-2021, 12:30
Oxunub: 1 048 İyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. 

Bu barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Ötən gün Milli Məclisdə keçirilən iclasda Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilib və o həbs edilib. 

Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a deyib ki, polisə əl qaldırmaq dövlətə əl qaldırmaq deməkdir:


"Birincisi, burada təkcə polisdən söhbət getmir. Hər hansı siravi vətəndaş da olsa, ona kimsə əl qaldırarsa, həmin şəxs kimliyindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Yəni kimisə döyməyə heç kimin haqqı, hüququ yoxdur. İkinci ən əsas məsələ ondan ibarətdir ki, polis dövlət xidməti həyata keçirir. Polisə əl qaldırmaq eyni zamanda dövlətə əl qaldırmaqdır. Bu məsələ müzakirə olundu və yekdilliklə də Eldəniz Səlimovun mandadının ləğv edilməsi qərara alındı”.
Deputat Fazil Mustafa açıqlamasında bildirib ki, heç kimin polisə əl qaldırmağa ixtiyarı yoxdur:


"Heç kimin polisə əl qaldırmağa, qanunsuz əməl törətməyə ixtiyarı yoxdur. Əgər polisin günahı var idisə, bununla bağlı normal şikayət etmə mexanizmi var. Hamı bir-birinə əl qaldırsa, gərək ölkədə hamı bir-birinə qıra. Bu, tamamilə yanlış bir addım idi. Bunu heç kim dəstəkləyə bilməz”.
 
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Qərara əsasən E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.