BolgeXeber.Com » Xəbərlər » Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

6-08-2021, 17:30
Oxunub: 1 400 DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində, eləcə də rayonun Mollagüllər, Qaraqoyunlu və İmamqulubəyli kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.