BolgeXeber.Com » Xəbərlər » Türkiyəyə göndərdiyimiz helikopter yanğınları belə söndürür- VİDEO

Türkiyəyə göndərdiyimiz helikopter yanğınları belə söndürür- VİDEO

11-08-2021, 08:41
Oxunub: 1 232 Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş verən yanğınların söndürülməsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus amfibiya təyyarəsiylə yanaşı, helikopter də cəlb olunub.
FHN-nin M-17 dipli helikopterin ikinci pilotu Zaur Hüseynov deyib ki, alovun tez bir zamanda söndürülməsi üçün gün ərzində 5-6 dəfə uçuş həyata keçirilir:
“Bir tərəfdən hündürlük 1500-2500 arasında dağlıq relyef ərazi olduğundan, digər tərəfdən temperatur yüksək olduğuna görə vizual olaraq uçuş zamanı helikopterin stabilliyi pozulur. İşimizdə əsas məqsəd qarşıya alovun digər yerlərə, əsasən də yaşayış məntəqələrinə və obyektlərə keçməsinin qarşısını almaqdır. Biz həmişə qardaş dövlətə dəstəyik və sonuna qədər onların yanındayıq. Allahdan türk millətinə səbr diləyirik. Alovun tez bir zamanda söndürülməsi üçün gün ərzində 5-6 dəfə uçuş həyata keçiririk. Hər uçuşda 8-10 dəfə su doldurub-boşaldırıq. Orta nisbətdə götürdükdə gün ərzində 65-70 tona yaxın su doldurub-boşaldırıq”.
Uçuş mühəndisi Nurlan Abbasov işin çətinliyinə baxmayaraq,ö hdəsindən mükəmməl şəkildə gəldiklərini bildirib:
“Çox çətin dağlıq ərazidə iş gedir. İşin çətinliyinə baxmayaraq,öhdəsindən mükəmməl şəkildə gəlirik. Bu təkcə aviasiyanın deyil, bütün FHN-nin uğurudur. Özünü çox gözəl təsiq etmiş əməkdaşlarımız var. Biz öz qardaşlarımıza köməyə gəlmişik”.APA TV