BolgeXeber.Com » Xəbərlər » İmişli “MERO”su haqda yazılanlar əsassızdır

İmişli “MERO”su haqda yazılanlar əsassızdır

12-08-2021, 11:33
Oxunub: 1 344 Bəzi mətbu orqanlarda İmişli Rayon Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində nəqliyyat vasitələrinin “texniki baxış”ı vatsap vasitəsilə həyata keçirilir.
Məlumatda bildirilir ki, guya İmişli “MERO”-da baş verən bu qanunsuzluqların əsas səbəbkarı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılovdur. 
Bolgexeber.com məsələ ilə bağlı İmişli Rayon Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsi ilə əlaqə saxlayıb.Qurumdan bildiriblər ki, yazılanlar tam əsassızdır və həqiqətə uyğun deyildir. İmişli Rayon Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsində texniki baxış müəyyən olunmuş qaydalar əsasında həyata keçirilir və iddilar son zamanlar  Daxili İşlər Nazirliyində  daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi alında aparılan islahatlara,görülən işlərə kölgə salmaq cəhdlərindən başqa bir şey deyildir.
Yazıda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılovun adının çəkilməsi isə tam absurddur.Çünki Fuad Mayılovun İmişli Rayon Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinə heç bir aiddiyyəti yoxdur və səslənən ittihamlar tamamilə yalandır.