BolgeXeber.Com » Xəbərlər » Sentyabrın 1-dən yeni məhdudiyyətlər tətbiq olunacaq - Prezidentin köməkçisi

Sentyabrın 1-dən yeni məhdudiyyətlər tətbiq olunacaq - Prezidentin köməkçisi

20-08-2021, 14:58
Oxunub: 2 384

Sentyabrın birindən yeni məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Operativ Qərargahın keçirdiyi birinfqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, dünyadan pandemiya davam edir və son günlər azərbaycanda da yüksək yoluxma rəqəmləri açıqlanır.

Qeyd edək ki, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

- ictimai iaşə müəssisələrində;

- mehmanxanalarda;

- iri ticarət mərkəzlərində.

Eyni zamanda COVID-19 pasportu ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək.