BolgeXeber.Com » Xəbərlər » Region Ekologiya idarələri yanğınlarla bağlı meşələrdə təhlükəsizlik tədbirlərini artırdı - RƏSMİ

Region Ekologiya idarələri yanğınlarla bağlı meşələrdə təhlükəsizlik tədbirlərini artırdı - RƏSMİ

20-08-2021, 22:08
Oxunub: 2 768 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Azərbaycan ərazisində gözlənilən temperatur yüksəlməsi ilə əlaqədar meşələrdə yanğın təhlükəsinin baş vermə ehtimalının olması ilə əlaqədar nazirliyin və region idarələrinin son fəaliyyətilə bağlı reydlər aparılıb. Bolge.tv -nin əməkdaşları meşə yanğınlarından necə  qorunmalı və təhlükəsizlik qaydalarının hansı səviyyədə həyata keçirilməsi istiqamətində Sabirabad, İmişli, Ağcabədi rayonlarının meşə zolaqlarının qorunması və mühafizəsi ilə bağlı araşdırmalar aparıb və videosujetlər hazırlayıb. 
Məlumdur ki, bu məsələdə əsas məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin üzərinə düşür. Sabirabad, İmişli, Ağcabədi rayonlarında meşə zolaqlarının qorunması və mühafizəsi işlərinin qanunlara uyğun aparılması üçün departament və regional idarə tərəfindən maarifləndirmə işləri həyata keçirilib.Tapşırıqlara əsasən bütün meşə zolaqlarında bildiriş löhvələri və torpaq qaclama işlərinin görülməsi tam olaraq həyata keçirilib. Həmin meşə ərazilərində yanğınların baş verməməsi üçün regional idarənin əməkdaşları tərəfindən ardıcıl monitorinqlər aparıldığı da bildirilib. 
Bolge.tv əməkdaşları məsələ ilə bağlı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Oqtay Şahmurovla əlaqə saxlayıb.
Aparılan işlərlə bağlı idarə rəisi O. Şahmurov bildirib:
"Meşələrdə və meşə zolaqlarında yerləşən təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq ictimai iaşə müəssisələrinə, məişət xidmətlərinə, digər obyektlərdə tətbiq edilən qanuni qaydalarla yanaşı, həmin obyektlər üçün onların spesifik xüsusiyyətlərini nəzərə alanaraq nəzarət daha da gücləndirilib.  
Meşə Mühafizəsi və Bərpası müəssisələrinin əməkdaşları meşələrdə yanğınların qarşısının alınması yolunda səfərbər edilib. Hörmətli nazirin tapşırığı və göstərilşləri dərhal regionda həyata keçirilir. Bildirim ki, meşə yanğınlarının baş verməsinin əsas faktoru insandır. İnsanların ətraf mühitə təsiri nəticəsində meşələrdə yanğınlar baş verir. Azərbaycanda da yay dövründə insan amili ilə əlaqədar müəyyən ərazilərdə meşə yanğınları müşahidə olunur. Ümumiyyətlə, əhalinin təbiətlə davranış mədəniyyəti çox da yüksək deyil. Biz bu istiqamətdə də marifləndirmə işlərini aparırıq. Və inanırıq ki, ölkəmiz bundan sonra da yanğınlardan mühafizə ediləcək, meşələrimizi birlikdə qoruyacağıq.."
Həmçinin əməkdaşlarımız 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Elnur Cəlilovla da əlaqə saxlayıb, münasibət öyrənib.
İdarə rəisi bildirib ki, "son yanğınlar qardaş Türkiyədə eləcədə başqa dövlətlərdə  ağır fəsadlara yol açdı. Bizim ölkədə az yanğın halları baş versə də bunun qarşısı qətiyyətlə alındı. 

Bilirsiniz ki, hazırda turizm mövsümüdür və insanlar meşələrdə, çay kənarlarında istirahətə yollanırlar. Bu zaman isə kabab bişirməyə üstünlük verirlər. Eləcə də yolla gedən avtomobillərdən yanan siqareti yol kənarına atırlar. Aydındır ki, siqaret də yol kənarında quru ot üzərinə düşür və yanğın baş verir.Bu da ehtiyatsızlıqdan yanğınlara səbəb olur. Bundan başqa son aylar ölkə ərazisində havanın orta illik temperaturu regiondan asılı olaraq, baza dövrünə  əvvəlki dövrlərərə nisbətən artıb, atmosfer yağıntılarının isə orta illik miqdarı  çox aşağa düşüb. Quraqlıq və insan amili meşə yanğınlarına səbəb ola bilir. Hal-hazırda bütün dünya meşə yanğınlarından əziyyət çəkir. Bizim işimiz isə yanğınların qarşısını almaq və  böyük yanğınlara səbəb olan halları aradan qaldırmaq yolunda çalışmalardır. Demək olar ki, bunların yüksək faizinə nail olmuşuq. Bizim meşə ərazilərində hələ də böyük işlərimiz davam edir..."
Niyaməddin