BolgeXeber.Com » Xəbərlər » Prezident Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən şəxsləri mükafatlandırdı

Prezident Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən şəxsləri mükafatlandırdı

23-08-2021, 16:00
Oxunub: 1 048 Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında Sərəncam verib.

Bolgexeber.com xəbər verir ki, Sərəncamda deyilir:

- Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.