BolgeXeber.Com » Xəbərlər » Bakıda qadın həbsxanadakı oğluna toyuğun içində “patı” gətirdi

Bakıda qadın həbsxanadakı oğluna toyuğun içində “patı” gətirdi

24-08-2021, 15:10
Oxunub: 1 384 Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Bolgexeber.com-a verilən xəbərə görə, həbs edilmiş şəxs Vüsal Vahid oğlu Əliyevə anası Şəhla Əli qızı Əliyeva tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan bişmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,718 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.