BolgeXeber.Com » Xəbərlər » Polis Qubada əməliyyat keçirdi

Polis Qubada əməliyyat keçirdi

25-08-2021, 13:12
Oxunub: 888 “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Bolgexeber.com-a bildirildiyinə görə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Peyman Qədirli, və Allahmurad İsmayılov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı istintaq aparılır.