BolgeXeber.Com » Xəbərlər » Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş şərəfli fəaliyyət

Xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş şərəfli fəaliyyət

25-08-2021, 18:46
Oxunub: 1 136 “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bunula bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir...” - Ulu Öndər Heydər Əliyev.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan qadınına məxsus sadaladığı bu xüsusiyyətlərin hamısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xarakterində cəmləşmiş və səmərəli fəaliyyətində öz əksini tapmışdır. Mənə elə gəlir ki, nə qədər çalışsaq da bir necə səhifəlik yazıda Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini əhatə edə bilmərik. Çünki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının I Vitse Prezidenti,Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, nüfuzlu beynəlxalq təşkilatlar - UNESCO-nun və İSESKO – nun Xoşməramlı səfiri kimi şərəfli və çətin vəzifələri müvəffəqiyyətlə icra edir. Mehriban xanım Azərbaycan qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, təhsil, səhiyyə, idman, mədəniyyətimizin təbliği, ətraf mühitin qorunması və xeyriyyəçilik, kimi müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir.Təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, ”Təhsilə dəstək”, “İnternat məktəblərinin inkişaf proqramı” kimi layihələrin həyata keçirilməsi təhsilin inkişafına böyük təkan vermişdir. Təkcə 2020 – 2021 – ci tədris ilində Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunmuşdur.
Sağlamlıq imkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzinin, əlil uşaqlar üçün Şağan və Saray qəsəbələrində internat evlərinin,internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsizliyi üçün yaşayış binalarının tikilməsi,irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması Mehriban xanımın yorulmaz fəaliyyəti nəticəsində həyata keçirilmişdir.
Mehriban xanım Əliyevanın Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyəti də təqdirəlayiqdir. Gimnastika üzrə dünya kubuku yarışlarının, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə qeyd olunması Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyətinin məhsuludur.
Mehriban xanım Əliyva mədəniyyətimizin bütün dünyada tanınması sahəsində də mühüm işlər görür. Buna misal olaraq Azərbaycan muğamının, xalçasının, kəlağayımızın, milli bayramımız olan Novruz bayramının UNESCO – nun Qeyri- Maddi Mədəni İrs siyahısına salınmasını göstərə bilərik.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanım həm də xeyirxahlıq mücəssiməsidir. Şəhid ailələrinə və yaralı qazilərimizə, köməyə ehtiyacı olan hər bir kəsə həssaslıqla yanaşmaq, yüksək vətənpərvərlik kimi ali hisslərə mənsubluq Mehriban xanımı xalqa sevdirmişdir. İşğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevlə birgə addımlayan, xalqın xoş günündə də,dar günündə də onunla birgə olan Mehriban xanım Nigar, Həcər qeyrətli, Nüşabə olduğunu sübut etmişdir. Hörmətli Mehriban xanım! Sizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, xoşbəxtlik, Azərbaycanın çiçəklənməsi naminə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Uğur və nailiyyət daim Sizinlə olsun.
Arifət Əhmədova: Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru.